Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 98-ə, xəsarət alanların sayı isə 185-ə çatıb.
İyunun 26-dan Pakistanda davam edən musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı artır.
Pakistanın Milli Fəlakət İdarəetmə Agentliyinin (NDMA) yaydığı açıqlamaya görə, son 24 saat ərzində daha 11 nəfər ölüb, 27 nəfər yaralanıb.
Musson yağışları nəticəsində ölənlərin ümumi sayı 98-ə, xəsarət alanların sayı isə 185-ə yüksəlib.
Səlahiyyətlilər yaxın günlərdə yağışların daha da artacağı barədə xəbərdarlıq edib.
Mənbə: İlkha