7 C
Baku
23 Dekabr 2024, 18:59
Baş xəbərDünya

 Nüvə proqramının memarı öldürüldü

İranın nüvə proqramının memarı Fəxrizadəyə paytaxt Tehranda sui-qəsddə təqsirləndirilən 3 nəfərə edam hökmü çıxarılıb.

2020-ci ildə İranda sui-qəsd nəticəsində öldürülən nüvə fiziki Muhsin Fəhrizadə ilə bağlı 3 nəfərin edam cəzasına məhkum edildiyi bildirilib.

Tesnim Xəbər Agentliyinin məlumatına görə, Məhkəmə Hakimiyyətinin sözçüsü Əsgər Cihangir mətbuat konfransında bəzi işlərin nəticələri barədə məlumat verib.

Cihangir, “Qərbi Azərbaycan əyalətində ələ keçirilən 3 israilli casusun spirtli içki qaçaqmalçılığı adı altında Fəhrizadənin qətlində istifadə olunacaq ləvazimatları daşıdığı aşkarlandı. Bu şəxslər edam cəzasına məhkum edildi” deyib.

İran rəsmisi qeyd edib ki, sözügedən hadisə ilə bağlı daha 5 nəfərin məhkəməsi davam edir.

Muhsin Fəhrizadə 27 noyabr 2020-ci ildə Tehranın Abserd rayonunda sui-qəsd nəticəsində öldürülüb. Sui-qəsddən sonra açıqlama verən o vaxtkı xarici işlər naziri Məhəmməd Cavad Zərif terror aktının arxasında İsrailin olduğuna dair ciddi işarələrin olduğunu bildirib.

Mossad-ın keçmiş rəhbərlərindən biri olan Yossi Koen 2021-ci ilin iyununda İsrail televiziyasında etdiyi çıxışında Fəhrizadənin qətlinə görə birbaşa məsuliyyəti üzərinə götürmədən Mossad-ın “nəzarəti altında” olduğunu bildirmişdi.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Kainatın ən qədim ulduzları Süd Yolu Qalaktikasında tapılıb

Teymur Əziz

Putin “Rusiya çağırır!” forumunda nə danışdı?

Aynur Camal

Azərbaycan və Konqo prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu