12 C
Baku
14 Mart 2025, 19:36
Dünya

Nüvə tərksilahı üçün Rusiyadan ABŞ-a yaşıl işıq: Danışıqlar başlayacaq

Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyi barədə açıqlamasını dəyərləndirib. Mətbuat konfransında danışan Peskov bildirib ki, Moskva Vaşinqtonla nüvə tərksilahı üzrə danışıqlara hazırdır.

“Biz ölkələrimizin və bütün dünya xalqlarının rifahı naminə danışıqlar prosesinin mümkün qədər tez başlamasında tamamilə maraqlıyıq”, – Peskov bildirib.

Mövcud vəziyyətdə bütün nüvə imkanlarının nəzərə alınması lazım olduğuna işarə edən Peskov, “Fransa və İngiltərə başda olmaqla, nüvə imkanları nəzərə alınmadan görüş keçirilməsi mümkün deyil” deyib.

Trampın Milli Təhlükəsizlik Müşavirliyinə namizədliyini irəli sürdüyü Mike Waltz bu yaxınlarda Putin və Tramp arasında görüşə hazırlıqların davam etdiyini və söz mövzusu telefon danışığının yaxın gün və ya həftələrdə reallaşacağını bildirib. Trampla Putinin görüşü ilə bağlı sualı cavablandıran Vals, “Ən azı yaxın günlərdə və ya həftələrdə görüş gözləyirəm” deyib. “Bu bir addım olacaq və bundan sonra nə olacağını görəcəyik” deyib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Taylor Swift ən zəngin qadın musiqiçi oldu

Aynur Camal

Suriya Kəşfiyyat İdarəsinin rəhbəri açıqlandı

Aynur Camal

Mənzilə PUA düşdü: 3 nəfər xəsarət aldı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu