30 C
Baku
23 İyul 2025, 11:01
Dünya

Nvidia dünyanın ən dəyərli şirkəti oldu

Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia bazar dəyərinə görə Microsoft-u ötüb və dünyanın ən dəyərli şirkəti olub.

Nvidia-nın Nasdaq birjasında satılan səhmləri çərşənbə axşamı saat 21.10-a 3 faizdən çox dəyər qazanaraq hər səhm üçün 135,96 dollara yüksəlib.

Səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,34 trilyon dollara çatıb.

Beləliklə, Microsoft-un 3,32 trilyon dollarlıq bazar dəyərini keçən Nvidia, dünyanın ən dəyərli şirkəti oldu.

Nvidia-nın səhmləri süni intellekt çiplərinə tələbat artmaqda davam etdiyi üçün ilin əvvəlindən 170 faizdən çox dəyər qazanıb.

Nvidia-nın bazar dəyəri ilk dəfə iyunun əvvəlində 3 trilyon dolları keçib.

Mənbə: EnSonHaber

Teymur Əziz

Oxşar xəbərlər

ABŞ-da daha bir qəza! Havada iki təyyarə toqquşub

Aynur Camal

Xarici işlər naziri Fidan omanlı və pakistanlı həmkarları ilə görüşüb

Bugün TV

Ruslar kosmosa süni intellekt modeli göndərəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu