Bugun.tv “Financial Times”a istinadla xəbər verir ki, bu ilin əvvəlindən “Nvidia”nın səhmləri 30 faizdən çox bahalaşıb, şirkətin kapitallaşması isə 4 trilyon dolları ötüb. Əsasən bu emitentin yüksək xüsusi çəkisi sayəsində S&P 500 indeksi bu il 9% möhkəmlənib. “Nvidia” səhmlərinin dinamikası artıq yaxın illərdə süni intellekt sahəsinə investisiyanın perspektivlərini müəyyən edən bir növ fond bazarının göstəricisinə çevrilir. “Financial Times” nəşrinin məlumatına görə, analitiklər orta hesabla “Nvidia”nın keçən rübdə 46 milyard dollar gəlir əldə edəcəyini gözləyirlər ki, bu da illik müqayisədə 53% artım deməkdir. Bununla belə, bu dinamika bəzilərini məyus edə bilər, çünki şirkətin gəliri əvvəlki rübdə 69%, 2024-cü ilin əvvəlində isə bu rəqəm 250%-dən çox artıb. “Morgan Stanley” mütəxəssisləri əmindirlər ki, bazar artıq “Nvidia”nın gəlir artım tempi ilə maraqlanmır – investorlar şirkətin digər bazar oyunçuları ilə müqayisədə daha yaxşı nəticələr göstərmək qabiliyyətini daha çox qiymətləndirəcəklər.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri