Baş xəbərDünya

Nyu Yorkda orta məktəbdə atışma xəbəri!

ABŞ-ın Nyu-York şəhərindəki Brandeis liseyində silahlı şəxs qeydə alınıb. Bildiriş çaxnaşma yaratsa da, əsassız olduğu üzə çıxıb. Hadisədən sonra tələbələr ailələri ilə görüşüblər. Bu yaxınlarda ABŞ-da Apalachee Liseyində baş verən atışmadan sonra başqa bir xəbər yayılıb. ABC7 New York telekanalının məlumatına görə, yerli vaxtla saat 09.40-da adı açıqlanmayan şəxs məktəbdə silahlının olduğunu bildirib. Xəbərdarlığın ardınca Nyu York Polis İdarəsi Manhettenin Yuxarı West Side məhəlləsindəki Brandeis Liseyinə gedib.

Polis rəsmiləri məktəbdə aparılan axtarışlardan sonra xəbərin əsassız olduğunu bildiriblər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu