26 C
Baku
11 İyun 2025, 10:17
Baş xəbər

Nərimanov rayonunda şəhid Həmidli Mikayılın doğum günü qeyd olunub

2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən lokal antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olmuş Həmidli Mikayıl Vüqar oğlunun doğum günü ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Milli Məclisin deputatı Hikmət Məmmədov, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və rayonun ictimaiyyət nümayəndələri tərəfindən şəhidin II Fəxri Xiyabanda yerləşən məzarı ziyarət edilib, xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Çıxış edənlər Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra şəhidin adına açılmış ehsan süfrəsində iştirak edilib.

Aynur Camal

Oxşar xəbərlər

Ş. Albalıyev: “Novruz adət-ənənələrini yaşatmaq lazımdır”

Şükufə Ramizqızı

Müdafiə naziri Gürcüstanın Baş naziri ilə görüşüb – FOTO

Nigar Məmmədova

Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu