22 C
Baku
27 İyul 2025, 10:30
Dünya

O, bütün türk dünyasının tarixində və yaddaşında dərin izlər buraxmış böyük liderdir

Bugün Ümummilli Lider Heydər Əliyevin anım günüdür. O, yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixində və yaddaşında dərin izlər buraxmış böyük liderdir”.

Bugun.tv xəbər verir ki, bunları “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov deyib. O bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirən, ölkəmizi beynəlxalq arenada tanıdan və milli dəyərlərimizi qoruyub gələcək nəsillərə ötürən bir dövlət adamı idi:

“Onun “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri hər birimizin qəlbində qürur hissi yaradır və milli ruhumuzu daha da gücləndirir. Bu gün onu dərin ehtiramla yad edir, xatirəsini əziz tuturuq. Heydər Əliyevin ideyaları və vəsiyyətləri hər birimiz üçün yol xəritəsidir və bu yolu gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

Heydər Əliyevlə şəxsən tanış olmaq mənə də nəsib olub. Buna görə özümü çox şanslı sayıram. Ulu Öndərin vətəni Azərbaycanı necə ülvi məhəbbətlə sevdiyini çox yaxşı bilirəm, bunun canlı şahidi olmuşam”.

Mübariz Mənsimov, “Hər zaman demişəm, deyirəm və deyəcəm: “Mən Heydər Əliyenin əsgəriyəm”.

Allah rəhmət eləsin! Daim qəlbimizdəsən, Böyük Lider! Böyük Azərbaycanlı!”,- deyə fikirlərini tamamlayıb.

Aynur Camal

Oxşar xəbərlər

23 aprel Türkiyə tarixində uşaq bayramı və suverenlik günü kimi qeyd olunur

Bugün TV

Marixuana qaçaqmalçılığında təqsirləndirilən şəxs edam edildi

Nigar Məmmədova

600-dən çox Ukrayna əsgəri həlak olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu