DünyaKriminal

O, həbsxanadan divara dırmaşaraq qaçdı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında oğru həbsxanadan divara dırmaşaraq qaçıb. Əslən Braziliyadan olan Danelo Kavalkante avqustun 31-i Cümə axşamı günü Chester County həbsxanasından qaçıb. Qaçaqın həbsxanadan təxminən 3,2 km aralıda, sıx meşəlik ərazidə olduğu güman edilir. Kavalkante keçmiş sevgilisini öldürməkdə təqsirli bilinib. O, ömürlük həbs cəzasına məhkum edilib. Pensilvaniya ştatının polis polkovnik-leytenantı Corc Bevins qaçağın təhlükəli hesab edildiyi barədə xəbərdarlıq edib. Səlahiyyətlilər sakinlərdən Cavalkantenin gizlənə biləcəyi boş mülklərdən uzaq durmağı və boş evləri axtarmaq üçün polislə əlaqə saxlamağı xahiş edib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

“Endurance” gəmisinin qalıqlarını qorumaq üçün Antarktidada xüsusi sualtı zona yaradıla bilər

Aynur Camal

Makron G7 sammitinin gündəliyini açıqladı: diqqət Ukrayna, Qəzza və İrana yönələcək

Aynur Camal

İsrail ABŞ-İran razılaşmasını tənqid edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu