3 C
Baku
14 Dekabr 2025, 21:48
Digər

O, sevgilisini dağın zirvəsindən 50 metr aralıda ölümə tərk etdi!

Avstriyada bir dağın zirvəsindən 50 metrdən az məsafədə tapılan Kerstin Gurtnerin sevgilisi Tomas Plamberger tərəfindən ölümə tərk edildiyi iddia edilir.

Otuz üç yaşlı Kerstin Qurtner Avstriyada Qrossqlokner dağının zirvəsindən 50 metrdən az məsafədə ölü tapılıb. Qurtner dırmanışı sevgilisi, təcrübəli alpinist Tomas Plamberger ilə edirdi. İddialara görə, Plamberger sevgilisinin ölümünə səbəb olub.

39 yaşlı Plamberger təcrübəsiz alpinist Qurtneri dəniz səviyyəsindən 3600 metrdən çox yüksəklikdə, Avstriyanın ən yüksək zirvəsinə dırmanış zamanı tərk edilib.

İnsbruk prokurorluğunun açıqlamasında deyilir: “Saat 2:00 radələrində təqsirləndirilən şəxs sevgilisini Qrossqlokner zirvəsinin təxminən 50 metr aşağısında müdafiəsiz, yorğun, hipotermik və çaşqın vəziyyətdə qoyub. Qadın donub ölüb. Sevgilisindən fərqli olaraq, təqsirləndirilən şəxs yüksək dağ turlarında yüksək təcrübəyə malik idi və turu əvvəlcədən planlaşdırmışdı, ona görə də o, məsul tur bələdçisi hesab edilə bilərdi”.

O, vertolyotu görüb, amma zəng etməyib.

Yerli Heute xəbər agentliyinin məlumatına görə, Plumberger polis vertolyotunun havada qaldığını görəndə təcili yardım çağırmayıb və ya heç bir siqnal verməyib. Prokurorlar iddia edirlər ki, Plumberger Alp Polisinə gecə saat 1:35-də zəng edib və sonra telefonunu səssizləşdirib. Hesabatda deyilir ki, təxminən yarım saat sonra o, Gurtneri buzlu dağda ölü kimi qoyub gedib və hətta onu təcili yorğanlarla örtməyib.

Dailymail-in məlumatına görə, prokurorlar Plumbergerin səhər saat 3:30-da təcili yardım xidmətlərinə yenidən gəldiyini iddia ediblər. Plumbergeri təmsil edən vəkil Kurt Jelinek müvəkkilinin günahsız olduğunu bildirib və Qurtnerin ölümünün “faciəvi, bədbəxt qəza” olduğunu iddia edib.

Plumberger cümə axşamı günü ittiham olunub və onun məhkəməsinin fevral ayında başlaması gözlənilir. Əgər günahı sübut olunarsa, o, maksimum üç il həbs cəzası ilə üzləşə bilər. Bu vaxt cütlüyün dağın zirvəsindəki düşərgəsinin işığı veb-kamera görüntülərində qeydə alınıb.

Mənbə: Tgrthaber

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizin əbədi olması diləyi ilə bayramınız mübarək!”

Aynur Camal

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Kəmalə Sultan

“Süni İntellekt Tətbiqləri Etika Şurasının Direktivi” nəşr olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu