Bugun.tv xəbər verir ki, Elazığın Karakoçan rayonundakı terminalda çalışan işçilər tualetdə unudulmuş 26 min avronu sahibinə qaytarıb. Karakoçan Bələdiyyəsi Süleyman Karahan Şəhərlərarası Avtovağzalının əməkdaşı Tarkan Gün 15 oktyabr bazar günü günorta saatlarında tualetə girərkən çantanın lavabonun içində unudulduğunu görüb.Bu barədə “TRT Haber” məlumat verib. Gün xarici valyuta ilə dolu pul çantasını terminalın seyfinə qoydu. Dərhal kamera qeydlərini araşdıran Gün bir sərnişinin əlində çanta ilə tualetə girdiyini, daha sonra isə əliboş çıxdığını aşkar edib. Çantanın sahibinin Bingölün Kiğı rayonundan gəlib İstanbula gedən sərnişin olduğu müəyyən edildikdən sonra içərisində 26 min avro olan çanta sahibinə təhvil verilib. Çantasını alan sərnişin Karakoçan Bələdiyyəsinin işçisi Tarkan Günə davranışına görə təşəkkür edib.
Müxbir: İntizar Əmirova