İDEAL Təlim Tədris və Sertifikatlaşdırma Mərkəzi və Media Mərkəzi tərəfindən birgə icra olunan “Ödənişsiz WordPress” təlimi layihəsinə start verilib.
Layihənin məqsədi veb sahəsinə maraq göstərən, bu istiqamətdə bacarıqlarını sınamaq və inkişaf etdirmək istəyən, eyni zamanda gələcək iş karyerasını formalaşdırmağı və ya şəxsi biznesini qurmağı hədəfləyən şəxslərin praktiki bilik və səriştələrinin artırılmasından ibarətdir. Təlim, xüsusilə kod yazmaq bacarığı olmayan iştirakçılar üçün nəzərdə tutulub və əldə edilən biliklərin tətbiqi vasitəsilə gəlir əldə etməyə yönələn imkanların formalaşdırılmasını hədəfləyir.
Layihəyə 170-dən çox müraciət daxil olub, ilkin seçim mərhələsində 20 nəfər iştirakçı müəyyən edilib.
Bugun.tv-yə verilən məlumata görə layihənin təlimçisi Teymur Əzizovdur. O, İnformasiya Texnologiyaları, SEO (Search Engine Optimization – Axtarış Sistemlərinin Optimallaşdırılması), veb proqramlaşdırma və rəqəmsal media sahələri üzrə mütəxəssisdir və 10 ildən artıq təlimçilik təcrübəsi var.
Təlimin koordinatoru Yeganə Abdullayeva tədris məsələləri üzrə mütəxəssisdir və proqramın təşkilati-metodiki icrasını həyata keçirir.
Təlimin sonunda imtahan keçiriləcək. İmtahan nəticələrinə uyğun olaraq iştirakçılara sertifikatlar təqdim ediləcək, gələcəkdə iş yerlərinə müraciətlərini dəstəkləmək məqsədilə tövsiyə məktubu veriləcək.
