16 C
Baku
24 Oktyabr 2025, 1:09
Baş xəbərKriminal

Odlu silah gəzdirən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində növbəti əməliyyat keçirilib.

Tədbir zamanı Nizami rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Şahin Babayev qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd həmin tapançaya məxsus sandıqça və 8 ədəd  patron aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahin Babayev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Dondurulmuş aktivlərlə bağlı Rusiyadan aydın cavab: Hər şey qarşılıqlıdır!

Aynur Camal

Elektrik avtomobilinin akkumulyatorunda törəyən yanğın 5 maşını külə döndərdi

Bugün TV

Borrell: İsrailin Livandakı hücumlarında ölənlərin sayı dəhşət saçır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu