4 C
Baku
14 Dekabr 2025, 17:59
Baş xəbərHadisə

Odlu silahı könüllü təhvil ver—məsuliyyətdən azad ol

Qanunsuz saxlanılan odlu və döyüş silahlarını, partlayıcıları könüllü təhvil verən hər bir insan vətəndaşlıq nümunəsi göstərir.

Bugun.tv xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, bu, polis-vətəndaş münasibətində formalaşan etimaddır. Nəticəsi odur ki, yanvarın 8-də 7 ədəd avtomat, 1 tapança, 3 ədəd qumbara, 1 alışdırıcı, 30 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 766 ədəd müxtəlif çaplı sursat polis əməkdaşlarına könüllü təhvil verilib.

Könüllü olaraq odlu silahları təhvil verməyən şəxslərdən isə yanvarın 8-də 4 ədəd tapança, 16 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 28 ədəd müxtəlif çaplı sursatı polis əməkdaşları əməliyyat tədbirləri ilə aşkarlayıblar. Hər bir fakt üzrə araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

34 yaşlı kişi aldığı xəsarətlərdən öldü

Bugün TV

850 kiloqram heroin müsadirə edildi

Bugün TV

Xeyli sayda çətənə kolu aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu