25 C
Baku
20 İyul 2025, 7:10
Mədəniyyət

Ofeliya Sənani: “Ulu Öndər aparıclıq etdiyim verilişləri izləyirdi”-VİDEO

Xalq artisti Ofeliya Sənani Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Bugun.tv xəbər verir ki, aparıcı bu haqda “ATV səhər”də bəhs edib. O bildirib ki, bir vaxtlar beyninə qan sızıb və Heydər Əliyevin köməkliyi ilə sağalıb:

“Heydər Əliyevin AzTV ilə çox yaxşı münasibəti var idi. Hara gedirdi çəkib gətirirdilər, biz də efirdə oxuyurduq. Bütün verilişlərə baxıb, rəy deyirdi. Bir dəfə gecə veriliş gedirdi, düşündüm ki, buna kim baxacaq? Sən demə, Heydər Əliyev özü baxıb. Səhəri gördüm ki, pisəm. Valid (həyat yoldaşı, ssenarist Valid Sənani) məni evə gətirdi. Xəbərdarlıq etmək lazımdır ki, yoxam. Səhər sədrimizə zəng edib ki, bu nədir, qızı niyə çıxartmısan? Cavab veriblər ki, qızın beyninə qan sızıb, xəstəxanadadır. Nə danışa, nə dura, nə yeriyə bilir. Deyib ki, iki dərman adı deyəcəm, elə xəstələri ayıldır və yeriməyə başlayır. Xəstəxanada da bütün baş həkimlərə tapşırmışdı ki, qızdan muğayət olun. Bir gün işə gəldim ki, böyük gül dəstəsi. Dedilər ki, Heydər Əliyev göndərib. Verilişə baxıb, sonra gülü göndərib.

Ümumiyyətlə, mənə və Roza Tağıyevaya xüsusi hörməti var idi. Hər dəfə gələndə çağırırdı ki, qızlarım yanımda olsun”.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

İsrailin Eurovision-a təqdim etdiyi ikinci mahnı da rədd edildi

Bugün TV

Park Cinemada “Patrul: Sonuncu Əmr” filminin qala gecəsi keçirilib – FOTO

Aynur Camal

Yeni kitap çap olundu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu