11 C
Baku
28 Aprel 2025, 18:34
Baş xəbərHadisə

Oğru park edilmiş yük maşınının ön şüşəsini oğurlayaraq qaçdı

Bugun.tv xəbər verir ki, oğru dayanmış yük maşınının pəncərəsini oğurlayıb.
Hadisə ötən bazar günü səhər saat 03.30 radələrində Qazi rayonunda baş verib. “TRT Haber“dən verilən məlumata görə, rayonda hurda alveri ilə məşğul olan Sinan Özer yük avtomobilini yaşadığı binanın qarşısında saxlayıb və axşam işdən sonra evə gedib. Səhər yuxudan duran Özerin anası balkondan aşağı baxıb və yük maşınının dövlət nömrə nişanının yerdə olduğunu görüb.

Vəziyyəti öyrənən Özer dərhal maşınının yanına endi. Yük maşınının ön şüşəsinin oğurlandığını görən Özer vəziyyəti polisə xəbər verib.

Hadisənin ardından Sultangazi İlçe Təhlükəsizlik Müdirliyi qrupları oğrunu tutmaq üçün işlərə başlayıb.

Aynur Camal

Oxşar xəbərlər

Tennis topu böyüklüyündə dolu yağdı! Tələfat var

Kəmalə Sultan

Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Aynur Camal

İlham Əliyev sərhəd-buraxılış məntəqəsinin qurulmasından danışdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu