Bugun.tv xəbər verir ki, oğru dayanmış yük maşınının pəncərəsini oğurlayıb.
Hadisə ötən bazar günü səhər saat 03.30 radələrində Qazi rayonunda baş verib. “TRT Haber“dən verilən məlumata görə, rayonda hurda alveri ilə məşğul olan Sinan Özer yük avtomobilini yaşadığı binanın qarşısında saxlayıb və axşam işdən sonra evə gedib. Səhər yuxudan duran Özerin anası balkondan aşağı baxıb və yük maşınının dövlət nömrə nişanının yerdə olduğunu görüb.
Vəziyyəti öyrənən Özer dərhal maşınının yanına endi. Yük maşınının ön şüşəsinin oğurlandığını görən Özer vəziyyəti polisə xəbər verib.
Hadisənin ardından Sultangazi İlçe Təhlükəsizlik Müdirliyi qrupları oğrunu tutmaq üçün işlərə başlayıb.
