Bugun.tv xəbər verir ki, hadisə Türkiyədə yaşanıb. Samsunun Bafra rayonunda oğul tapançasını təmizləyərkən ehtiyatsızlıqdan anasını güllələyib. Atəş qadının mədə nahiyəsinə dəyib. Yaralı sağlamlıq qrupları tərəfindən Bafra Dövlət Xəstəxanasına aparılıb.
Qısa müddətdə hadisə yerinə Asayiş Bürosu qrupları gəlib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
İstintaq işləri davam edir.
Mənbə: TRT haber