19 C
Baku
8 Sentyabr 2024, 3:57
Baş xəbərHadisəKriminal

Oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Ağcabədi Rayon Polis Ṣöbəsinə şəhər ərazisindəki qəbristanlıqdan oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elnur Xanlarov saxlanılıb. Onun məzarların ətrafındakı alüminiumdan olan bəzək əşyalarını oğurladığı müəyyən edilib. Qeyd edilən əşyalar maddi sübut kimi aşkarlanaraq götürülüb.

Bundan əlavə, digər bir tədbirlə ötən aylardan qeydə alınan oğurluq əməlinin açılması da təmin edilib. Belə ki, rayonun Yuxarı Avşar kəndindəki otlaq sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Davam etdirilən əməliyyatla qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də məhkumkuq həyatı yaşayan Davud İbrahimov saxlanılıb. Onun iribuynuzlu heyvan oğurlamaqla vətəndaşa 2000 manat dəyərində ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər

Nigar Məmmədova

“Formula 1”ə görə 20 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

Aynur Camal

“Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılacaq

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu