Bugun.tv xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Bölməsinin əməkdaşları bir qadının içərisində 453 manat, bank kartları və sənədləri olan cüzdanını, “Hyundai” markalı bir avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Cəbrayılov saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması da müəyyən edilib.
Digər bir oğurluq isə Pirallahı Rayonunda baş verib. Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində evdən 1000 manat pul, digər evdən isə televizor və həyətindən dəmir qapı oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunan Əsgər Eyvazov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.