19 C
Baku
8 Sentyabr 2024, 4:05
Baş xəbərKriminal

Oğurluq edən şəxsin üzərindən metamfetamin aşkarlandı

Bugun.tv xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa görə saxlanılan şəxslərdən narkotik maddə də aşkarlanıb.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Qarayeri qəsəbəsindəki evlərin birinə qanunsuz olaraq daxil olub.

Oradan ümumi dəyəri 1400 manat olan müxtəlif müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Həsənov və Cavid Xəlilov maddi sübutlarla birlikdə saxlanılıb.

Polis Şöbəsində həmin şəxslərin üzərinə keçirilən baxış zamanı isə narkotik maddə olan “metamfetamin” aşkarlanıb.

Samux Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətiimkan tədbiri seçilib. Saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Aynur Camal

Oxşar xəbərlər

Nikol Paşinyan: “Azərbaycanın ərazi bütövlüyü 86.6 kvadrat kilometdir”

Aynur Camal

İran silah embarqosunu qüvvədə saxlayan 3 Avropa ölkəsinə belə reaksiya verdi

Bugün TV

Kənd sakini minaya düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu