18 C
Baku
23 Oktyabr 2025, 18:51
Baş xəbərKriminal

Oğurluq edənlər saxlanıldı

Bugun.tv xəbər verir ki, Pirallahı rayonunda oğurluq olub. Rayon Polis İdarəsi əməkdaşları daxil olan məlumat əsasında əməliyyat keçirib. Nəticədə Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Digər bir oğurluq isə Binəqədi rayonunda qeydə alınıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlayıb. Araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Rusiya Ermənistana nota verdi

Bugün TV

İsrailin Qəzzada kilsəyə hücumu Yunan mətbuatında geniş işıqlandırıldı

Bugün TV

ChatGPT sağlamlıq məsləhətləri üçün nə dərəcədə təhlükəsizdir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu