33 C
Baku
21 İyul 2025, 16:29
Baş xəbərKriminal

Oğurluq edən şəxsin evindən silah aşkarlandı

Siyəzəndə oğurluq edən şəxsin evindən silah aşkarlanıb.

Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-yə rayon sakininə məxsus mağazadan oğurluq edilməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayon sakini Nəcəf Mütəlimov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs zərərçəkmişə məxsus mağazaya pəncərəni sındırma yolu ilə daxil olaraq oradan 50 manat pul və 713 manat dəyərində müxtəlif növ siqaretlər oğurlayıb.

Həmçinin N.Mütəlimovun evinə baxış keçirilən zaman oradan 1 ədəd “Naqan” markalı tapança və ona məxsus patronlar aşkar edilib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Nəcəf Mütəlimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən yaşlı adamı 118 yaşında dünyasını dəyişib

Aynur Camal

Meşə yanğını baş verdi

Bugün TV

Yaxalanan FETÖ-nün sözdə yüksək vəzifəli icraçısı İstanbula gətirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu