18 C
Baku
28 Oktyabr 2025, 3:12
Kriminal

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin və Sarısu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayonun Pənahlılar kəndindəki vətəndaşa məxsus un dəyirmanından ümumi dəyəri 4700 manat olan motor və digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Samir Əmirov və Goranboy rayon sakini Umud Yusibov saxlanılıb.

Şübhəli şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar iyun ayının 6-da və 7-də ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 18 baş xırdabuynuzlu heyvanları da oğurlayıblar.

Faktlarla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Ölkədə 46 ədəd kultivasiya edilmiş çətənə kolu aşkar edildi 

Kəmalə Sultan

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanıldı

Kəmalə Sultan

Bir həftə ərzində 160 qeyri-qanuni immiqrant tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu