29 C
Baku
28 İyun 2025, 19:07
Baş xəbərSosial

Oğuz-Qəbələ-Bakı su xəttindəki qəz aradan qaldırıldı – Xəttə su doldurulur

Bugun.tv xəbər verir ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın aradan qaldırılması işləri yekunlaşıb.

Hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb.

Qəza baş vermiş xəttə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmaların qarşısını alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və hidroizolyasiya işləri aparılıb.

Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-i axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək.

Xüsusilə diqqətə çatdıraq ki, iri həcmli magistral su kəmərlərində təmir-bərpa prosesində əsas vaxt aparan mərhələ – magistral kəmərin boşaldılması və yenidən doldurulması mərhələləridir.

Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunmasına çalışılır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

Aynur Camal

Oxşar xəbərlər

Quranın yandırılmasına qarşı çıxan şəxsi İsveç polisi susdurdu

Bugün TV

Alimlər unikal hibrid pendir yaradıblar

Aynur Camal

İspan utancı niyə belə adlanır və bu hiss nədir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu