25 C
Baku
13 Oktyabr 2025, 14:19
Baş xəbər

Oğuzda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Ötən dövrdə Oğuz rayonunda 1000-dən çox şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov özünüməşğulluq proqramı çərçivəsində Oğuz rayon sakinləri –  müharibə veteranı İbrahimov Namiq Sahib oğlu və Həbibullayeva Cəmilə Qabil qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Proqramın iştirakçıları olan N.İbrahimov foto atelye, C.Həbibullayeva isə dərzi sexi üzrə aktivlərlə təmin olunaraq kiçik bizneslərini qurublar.

Onlar işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, habelə kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, ötən dövrdə Oğuz rayonunda 1018 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

“Azəriqaz” İB məlumat yaydı

Nigar Məmmədova

Avtomobil yük maşınının altına düşüb: 2 nəfər ağır yaralandı

Aynur Camal

“Zaman sığınacağı” romanı beynəlxalq mükafata layiq görüldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu