16 C
Baku
16 Noyabr 2025, 1:49
DünyaMaraqlı faktlar

Okeanın dərinliklərində 866 yeni dəniz növü kəşf edilib

Qlobal səviyyədə təşkil edilmiş elmi ekspedisiyalar nəticəsində 866 yeni dəniz növü aşkar edilib. Bu kəşflər dəniz səthindən 4 990 metrə qədər olan dərinliklərdə aparılan tədqiqatlarla mümkün olub. Bu da onun göstəricisidir ki, okeanların biologiya müxtəlifliyi hələ də tamöyrənilməmiş qalır.

Bu növ kəşflər yalnız elmi baxımdan deyil, həm də biotexnoloji və ekoloji baxımdan böyük əhəmiyyət daşıyır. Məsələn, yeni növ zəhərli dəniz heyvanlarının molekulları tibbdə istifadə edilə bilər.

Həmçinin alimlər ilk dəfə okean dibində yaşayan yeni bir canlı növü kəşf ediblər. Bu canlı qarışıq şəffaf və parlaq yaşıl rəngdədir və dərinliklərdə işığa ehtiyac duymadan yaşayır. Tədqiqatçılar bildirir ki, bu növ bioişıqlandırma texnologiyaları üçün gələcəkdə maraqlı imkanlar verəcək.

Mənbə: The Nippon Foundation-Nekton Ocean Census (press-reliz)

Aynur Camal

Oxşar xəbərlər

Suriya sərhədində 2 terrorçu yaxalandı

Teymur Əziz

Fransada respondentlərin əksəriyyəti baş nazirin istefasını istədi

Bugün TV

Güclü yağışlar 11 nəfərin həyatına son qoydu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu