27 C
Baku
17 Sentyabr 2026, 17:21
süni dəniz otu, Yeni Zelandiya, balıqlar üçün sığınacaq, okean ekosistemi, dəniz otları, plastik süni otlar, dəniz canlıları, Whangapoua Limanı
Maraqlı faktlar

Okeanın dibinə plastikdən süni dəniz otu yerləşdirdilər: Nəticə təəccübləndirdi

Bugun.tv xəbər verir ki, Yeni Zelandiyada dəniz otlarının yox olması ilə bağlı aparılan araşdırma zamanı alimlər balıqlar üçün süni sığınacaq yaradıb. Okeanın dibinə yerləşdirilən plastikdən hazırlanmış süni dəniz otları qısa müddətdə 19-dan çox balıq növünü özünə cəlb edib.

Araşdırma Yeni Zelandiyanın Whangapoua Limanında Milli Su və Atmosfer Araşdırmaları İnstitutunun (NIWA) alimləri tərəfindən aparılıb. Tədqiqatçılar təbii dəniz otlarının balıqlara yaratdığı qorunma şəraitini təqlid etmək üçün metal əsas üzərində 30 santimetr hündürlüyündə plastik gövdə və yarpaqlardan ibarət konstruksiyalar hazırlayıblar. Müxtəlif ərazilərdə ümumilikdə 60 belə süni dəniz otu yerləşdirilib.

süni dəniz otu, Yeni Zelandiya, balıqlar üçün sığınacaq, okean ekosistemi, dəniz otları, plastik süni otlar, dəniz canlıları, Whangapoua Limanı

Müşahidələr zamanı aralarında cavan parqo və trevalli balıqlarının da olduğu 19-dan çox növün süni otluqlardan sığınacaq kimi istifadə etdiyi müəyyənləşdirilib. Yarpaqları daha sıx olan konstruksiyaların daha çox balıq topladığı bildirilib. Bu isə süni sahələrin əsasən balıqların yırtıcılardan qorunmasına və gizlənməsinə xidmət etdiyini göstərib.

Həmçinin alimlər vurğulayıblar ki, plastik süni otlar təbii dəniz otlarının əvəzi və uzunmüddətli həll yolu deyil. Təbii dəniz otları oksigen istehsal edir, çöküntüləri saxlayır və daha geniş canlılar şəbəkəsi üçün yaşayış mühiti yaradır. Araşdırmanın əsas məqsədi isə balıqların, xüsusilə də cavan fərdlərin hansı yaşayış şəraitinə ehtiyac duyduğunu müəyyənləşdirməkdir.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Bu parkda torpaq qazanlar almaz tapır: İlin əvvəlindən 214 daş aşkarlandı

Aynur Camal

Sosial şəbəkələrdən uzaq qalmaq üçün kitab oxuyanlara pul veriləcək

Aynur Camal

Arktika buzlarının hərəkətinin sirri açılıb: külək yeganə səbəb deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu