24 C
Baku
29 İyun 2025, 0:46
Baş xəbər

Oktyabrın 11-12-də Prezident Qırğız Respublikasına dövlət səfəri edəcək

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-12-də Qırğız Respublikasına dövlət səfəri edəcək.

Bugün.tv “Report”-a istinadən xəbər verir ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Sadır Japarov ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır.

Bundan əlavə, dövlət səfəri çərçivəsində “Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulub.

Aynur Camal

Oxşar xəbərlər

Boluda 4,5 bal gücündə zəlzələ baş verib

Bugün TV

Apple iPhone-dan Android-ə keçməyi asanlaşdırır

Teymur Əziz

Q.Məhərrəmliyə vəzifə verildi

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu