3 C
Baku
14 Dekabr 2025, 15:47
Baş xəbərDünya

Oktyabrın 7-dən İsrailə min ton silah və sursat gəldi

Bugun.tv xəbər verir ki, İsrail Müdafiə Nazirliyi, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının “Əqsa tufanı” hücumuna başladığı 7 oktyabrdan bəri İsrailə xaricdən min ton silah və sursat gətirildiyini bildirib. Nazirlikdən verilən yazılı açıqlamada, bu gün səhər saatlarında hərbi təcili yardım maşınları və tibbi ləvazimatları daşıyan yük təyyarəsinin İsrailin cənubundakı Ramon hava limanına eniş etdiyi bildirilib.

TRT Haber-in məlumatına görə, Açıqlamada bildirilib ki, bu, oktyabrın 7-dən İsrailə avadanlıq daşıyan 45-ci təyyarədir. Nazirlik qeyd edib ki, oktyabrın 7-dən indiyədək bu təyyarələrlə İsrailə min ton silah və sursat gətirilib. Nazirliyin açıqlamasında ABŞ-ın verdiyi hərbi yardımın bura daxil olub-olmadığı barədə məlumat verilməyib. Vaşinqton rəhbərliyi oktyabrın 7-dən etibarən İsrailə 2 yük təyyarəsi ilə sursat və zirehli texnikadan ibarət hərbi yardım göndərmişdi.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Qəzzada insanlar ailələri ilə birlikdə ölməyi seçirlər”

Aynur Camal

Baydenin oğlu Hunter 25 il müddətinə azadlıqdan məhrum edildi

Aynur Camal

Qidalanma ilə bağlı dörd məşhur mif

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu