33 C
Baku
26 İyul 2025, 16:13
DigərDünya

Ölənlərin sayı 37 min 164-ə yüksəldi

İsrailin Qəzzaya hücumlarında can itkisi 37 min 164-ə, yaralıların sayı isə 84 min 832-yə yüksəlib. Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 249 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 120 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37 min 164-ə, yaralıların sayının isə 84 min 832-yə yüksəldiyi qeyd edilib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Mənbə: Haber Global

Kəmalə Sultan

Oxşar xəbərlər

ABŞ-dan soyqırıma dəstək paketinin təsdiqi!

Aynur Camal

Silahlı insident baş verdi: 2 nəfər öldü

Bugün TV

Telefondan dörd dəfə daha çirkli olan cihazın adı açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu