35 C
Baku
20 İyul 2025, 12:17
Dünya

Öldürülən fələstinlilərnin cəsədinə təcili yardım maşını yaxınlaşmadı

İsrail qüvvələri İordan çayının qərb sahilində öldürdükləri fələstinlinin cəsədinə təcili yardım maşınının yaxınlaşmasına icazə verməyib.

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində buldozerlə sökdüyü evdən bir fələstinlinin cəsədini çıxardığı və təcili yardımın oraya çatmasına mane olduğu bildirilib.

Fələstinin rəsmi agentliyi olan WAFA-da İsrail ordusunun buldozerinin Tulkərimdə bir evi yıxdığı və bir fələstinlinin cansız cəsədini dağıntılar altından çıxardığı bildirilib.

Qeyd olunub ki, İsrail əsgərləri Fələstin təcili yardımının meyitə çatmasına icazə verməyib.

Həyatını itirən fələstinlinin kimliyi ilə bağlı hələlik heç bir məlumat tapılmayıb.

Fələstin rəsmi televiziyasında yayımlanan xəbərdə İsrail əsgərlərinin gecə saatlarında Tulkərim şəhərinin şimalındakı Deyr əl-Qassun qəsəbəsinə basqın təşkil etdiyi bildirilib.

Bildirilib ki, basqın zamanı evə atəş açılıb və evin xeyli hissəsi kül olub.

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Bayraktar TB3” ilk uçuşu üçün günləri sayır

Nigar Məmmədova

Yunanıstanda həyəcan təbili çalındı: Türkiyənin addımları qorxulu idi…

Aynur Camal

Dünyanın hər yerindən gələn turistlər ən yaxşı ölkəyə səs verdilər! Nəticə təəccüblü deyildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu