10 C
Baku
11 Aprel 2026, 3:50
Dünya

Öldüyü güman edilən xəstə meyitxanada dirildi!

ABŞ-da qocalar evində öldüyü güman edilən xəstənin meyitxanada sağ olduğu aydın olub. Səlahiyyətlilər tədbir gördü.

ABŞ-da qocalar evində yaşayan 74 yaşlı Konstans Qlantsın dünyasını dəyişdiyi bildirilib. Meyit qocalar evinin yaxınlığında yerləşən dəfn evinə təhvil verilib. Dəfn işçiləri Qlantzı meyitxanaya apardılar və bir işçi meyitxanada cəsədlə məşğul olarkən o, qocanın nəfəs aldığını gördü. Əməkdaşın ürək masajı etdikdən sonra özünə gələn xəstə gözlərini açıb və onu eşidən hər kəs şoka düşüb. Hakimiyyət orqanlarına məlumat verilib.

ABC News-a istinadən xəbər verir ki, Lancaster County Şerif Ofisi bildirib ki, Qlantz yaxınlıqdakı xəstəxanaya aparılıb, müalicə olunub və hələ də sağdır.

“Mən 31 ildir ki, bu işlə məşğulam və heç vaxt belə bir hal görməmişəm” dedi Lancaster qraflığının rəis müavini Ben Huçin.

Bildirilib ki, hadisə ilə bağlı heç bir şübhəli hal olmadığı üçün qocalar evində heç bir ittiham irəli sürülməyəcək.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu