21 C
Baku
14 Oktyabr 2025, 15:30
Dünya

Olimpiadada Azərbaycan bayrağını qaldırmasına mane oldular

Fransanın xarici siyasətdə izlədiyi ikili standart yanaşması hətta Paris 2024 Yay Olimpiya Oyunlarında da öz əksini tapıb.

Bu barədə yazan Türkiyənin “Haber Global” saytının məlumatına görə, Azərbaycanlı cüdoçu Hidayət Heydərov qızıl medalını Azərbaycan bayrağı ilə qeyd etməyə hazırlaşsa da, hakimiyyət buna mane olmağa çalışıb.

Azərbaycan cüdoçusu Hidayət Heydərov 2024-cü il Paris Yay Olimpiya Oyunlarında ölkəsini böyük qürurlandırdı. O, final yarışında fransalı rəqibini məğlub edərək qızıl medal qazanıb. Lakin Olimpiya çempionluğunu qeyd etmək həyəcanı qalmaqalın kölgəsində qaldı. Zaldakı məmurlar Heydərovun Azərbaycan bayrağını qaldırmasına mane olmaq istəyiblər. Ancaq belə bir qadağa yox idi.

Qalmaqallı münasibətdən qazax idmançıları da öz paylarını alıblar. Digər yarışmaçılara eyni münasibətin göstərilməməsi diqqət çəkib. Amerikalı idmançılar sərbəst şəkildə bayraqlarını qaldırıb bayram edə bildilər. Yapon və digər xalqlar da. Ayrı-seçkilikçi münasibət böyük reaksiya doğurdu.

Fransa başda Qarabağ olmaqla bir çox məsələlərdə tətbiq etdiyi ikili standart yanaşmasını Olimpiadaya yoluxdurduğuna və olimpiya ruhuna xələl gətirdiyinə görə tənqid olunur. Sosial şəbəkə istifadəçiləri “Amerikalı idmançıların istifadə etdiyi hüquqlar niyə müsəlman türk ölkələri olan Azərbaycan və Qazaxıstana şamil edilmir?” sualını verir.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

İşğalçı İsrail əsgərləri İordan çayının qərb sahilində 30 fələstinlini nəzarətə götürüb

Aynur Camal

Əl-Qaidə lideri həbs edildi

Şükufə Ramizqızı

Daha iki ölkə Fələstini dövlət kimi tanıyır

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu