22 C
Baku
27 İyul 2025, 9:12
İdman

Ölkə Kuboku: “Zirə” “Neftçi”yə qalib gəldi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Bugun.tv-nin  məlumatına görə, günün ilk oyununda “Zirə” “Neftçi”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qartallar”ın qolunu 54-cü dəqiqədə Rəhim Sadıxov vurub.

Cavab matçı dekabrın 20-də baş tutacaq. Günün digər görüşündə “Qarabağ” “Qəbələ”ni sınağa çəkəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu gün “köhlən atlar” Belçika təmsilçisini qəbul edəcək

Nigar Məmmədova

Məşqçi ayaq idmanı üçün qeyri-adi məşq tövsiyə etdi

İntizar Əmirova

Prezident İ.Əliyev türkiyəli idmançıları Bakıya dəvət etdi – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu