7 C
Baku
29 Yanvar 2026, 18:03
Baş xəbərHadisə

Ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması istiqamətində əməliyyat tədbiri həyata keçirildi

Bugun.tv xəbər verir ki, polis əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib ki, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən dəstə müəyyən olunaraq saxlanılıb.

Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10000(on min) saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilmişdir.

Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Aynur Camal

Kristin qasırğası təhsili və nəqliyyatı iflic etdi

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu