28 C
Baku
1 İyun 2025, 21:13
Baş xəbərKriminal

Ölkəyə qanunsuz yolla 73 kiloqram narkotik vasitə gətirən dəstə yaxalandı

DİN Narkotiik aşkarladı

Bugun.tv xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətinde DİN əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Tədbirlərlə İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha bir mütəşəkkil dəstə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyənləşdirilib.

Narkotik alverçiləriBakı şəhəri ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində Naiq Hacıyev, eləcə də əvvəllər məhkum olunanlar – Yusif Hüseynov, Ramid Abdullayev saxlanılıblar. Şübhəli şəxslərdən və onlara məxsus ünvanlardan 21 kq güclü təsirə malik narkotik vasitə heroin, 4 kiloqram tiryək, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 41 kiloqram qurudulmuş marixuana, 7 kiloqram metamfetamin olmaqla umumilikdə 73 kq. narkotik vasitə ve psixotrop maddə, həmçinin 1500 ədəd “Metadon” həbi aşkarlanıb.
N.Hacıyev, Y.Hüseynov və R.Abdullayevin qabaqcadan əlbir olmaqla narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdikləri məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-axtarış, əməliyyat-istinaq tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Təbiətə 1000 manatdan artıq ziyan vuran şəxs saxlanılıb

Aynur Camal

“Ultra nadir” çəhrayı almazın dəyəri 35 milyon dollardan çox olacaq

Aynur Camal

Cəlilabad rayonunda dəhşətli qətl

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu