Bugun.tv xəbər verir ki, ölkə ərazisində 71 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda ümumilikdə 104, həmçinin borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılıb.
Respublikanın yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində ə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.