18 C
Baku
23 Oktyabr 2025, 7:21
Digər

Ölkə ərazisində yağışlı hava davam edəcək

Bugun.tv xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 19-24° isti, dağlarda gecə 2-7°, gündüz 7-12° isti olacağı bildirilir.

Bugün TV

Oxşar xəbərlər

Orta məktəb şagirdləri simulyasiya edilmiş atıcılıq təlimi alırlar

Aynur Camal

BMT-nin yeni təşəbbüsü: Nüvə texnologiyası dəniz məhsulları ilə bağlı fırıldaqçılığı aradan qaldıra bilər

İntizar Əmirova

Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı 37 nəfər saxlanıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu