15 C
Baku
24 Oktyabr 2025, 1:50
DünyaSiyasət

Ölkə boyu küçələr alovlanır… Polislə etirazçılar toqquşub

Perunun paytaxtı Limada həftələrdir davam edən zorakı etirazlar ölkə prezidentinin devrilməsindən sonra aramsız olaraq davam edib.

Yeni lider Xose Yeriyə etiraz edən minlərlə insan polislə toqquşub.

Perunun paytaxtı Limada müxtəlif təşkilatlar tərəfindən çağırılan milli etiraz zamanı nümayişçilər ilə Peru Milli Polisi arasında şiddətli toqquşmalar baş verib.

Ölkə daxilində minlərlə insanın qatıldığı yürüşdə etirazçılar mütəşəkkil cinayətə yer verdiyini iddia etdikləri qanunlara qarşı çıxdılar və həmçinin müvəqqəti prezident Xose Yerini tənqid etdilər.

Konqres binası qarşısında polislə qarşı-qarşıya gələn etirazçılarla təhlükəsizlik qüvvələri arasında gərginlik artıb; azı beş mülki şəxs yaralanıb və çoxlu sayda polis əməkdaşına hücum edilib.

Keçmiş prezident Dina Boluartenin vəzifədən uzaqlaşdırılmasından sonra təşkil edilən bu etiraza gənclər, xüsusilə Z nəsli və çoxlu sayda ictimai təşkilatlar qatılıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Honda və Nissan birləşməsi ləğv edilirmi? Yapon mətbuatından yeni iddia

Aynur Camal

“Ermənistan rus sülhməramlılarını növbəti təxribatlara şərait yaratmağa təhrik edir”-ŞƏRH

Nigar Məmmədova

Bir şəhər faktiki olaraq xəritədən silindi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu