24 C
Baku
19 Sentyabr 2024, 20:03
Baş xəbərDünya

Ölkə düyü qıtlığının öhdəsindən gələ bilmir: İnsanlar çuval oğurlamağa başladılar

Yaponiyada düyü qıtlığı səbəbindən oğurluq halları artıb. Ötən həftələrdə oğurlanan 90 kiloqram düyüdən sonra bu dəfə bir fermerin anbarından 150 kiloqram düyü oğurlanıb.

Yaponiyada əhalinin təbii fəlakətlərdən və istehsala təsir edən əlverişsiz hava şəraitindən qorxması səbəbindən düyü qıtlığı yaşanır. Ötən həftələrdə oğurlanan 90 kiloqram düyüdən sonra daha 150 kiloqram düyü oğurlanıb. Kioto əyalətinin Kameoka şəhərində bir fermer səhər anbarına gələrək hər birinin çəkisi 30 kiloqram olan 5 kisə düyü itdiyini görüb. Polis müdaxilə edib və araşdırma başlayıb.

Fermerləri düyü oğurluğuna qarşı diqqətli olmağa çağıran polis, onlara son həftələrdə Niiqata əyalətinin Coetsu şəhərində baş verən oğurluğu da xatırladıb. Yenə fermerin anbarından 90 kiloqram yeni biçilmiş düyü oğurlanıb.

 POLİS XƏBƏRDARLIĞI

Polis istehsalçılara anbar qapılarını etibarlı şəkildə bağlamaq, təhlükəsizlik kameraları və siqnalizasiyadan istifadə etmək kimi əlavə tədbirlər görməyi tövsiyə edib.

Yaponiyada keçən ay 7,1 bal gücündə zəlzələ və ölkəni vuran Şanşan Tayfunundan sonra meydana gələn birja tendensiyası nəticəsində düyü böhranı başladı və turist bumunun gətirdiyi əlavə istehlak və istehsal hava şəraitindən mənfi təsirləndi.

Tədarükün qeyri-kafi olması səbəbindən düyü tapmaq çətinləşsə də, bir çox marketlərdə piştaxtalar boş idi. Bəzi bazarlarda hər müştəriyə satış limiti qoyulsa da, qiymət artımı da müşahidə olunub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Yonhap: Cənubi Koreyada hücuma məruz qalan müxalifət lideri xəsarət aldı

İntizar Əmirova

Aeroflot Dalamana birbaşa uçuşları bərpa edəcək

Nigar Məmmədova

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanıldı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu