17 C
Baku
10 İyun 2025, 2:09
Baş xəbər

Ölkədə 20 Yanvar günü qeyd olunur

33 il… Hürr yaşamaq uğrunda mübarizə aparan əzilməz, əyilməz bir xalqın bağrına vurulan daha bir yaradan 33 il keçir. Anaların övlad həsrətindən, qərənfilin toy masalarından enib cənazələrimizi bəzədiyi tarixdən 33 il keçir.
SSRİ-nin son onilliyini yaşadığı 1980-cı illərdə baş verən siyasi çaxnaşma Azərbaycan xalqından da yan keçmədi. M.Qarbaçovun yenidənqurma siyasəti Sovetlər Birliyini qurtarmaq üçün son uğursuz cəhd idi. Bu dövrdə ermənilərin tarixən Azərbaycan xalqına duyduğu “ vampir yaddaşı” yenidən oyandı. Qarşıda Azərbaycan xalqını çox çətin sınaqlar gözləyirdi: Tarxi ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız, erməni vəhşiliyi ilə alovlanan Xalq hərəkatı, qanlı 20 yanvar gecəsi, Qarabağ savaşı, Xocalı faciəsi.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet İttifaqının qoşunları ölkədə TV yayımını kəsib, fövqəladə vəziyyyət elan etmədən Bakıya daxil oldu. 5 istiqamətdə şəhərə yol alan sovet tankları onlara müqavimət göstərən şəhər əhalisinə divan tutdu. 20 Yanvar gecəsi baş verənlərin canlı şahidi olanların sözlərinə görə qırğın zamanı həlak olanların cəsədləri gəmilərlə dənizə töküldü. Bu üzdən də onlar itkin kimi qeydə alınmışdır. Həmin gecə X.R.Ulutürkün təbir etdiyi qara günlər gətirərkən qan qırmızı geyənlərin gətirdiyi qara günlərdən biri idi. 20 yanvar hadisələri ermənipərəst Qarbaçovun milli şüuru oyanan xalqın haqq səsini boğmaq cəhdi idi.
Ölkənin hər küncündə – bucağında öz nişanəsini buraxan Sovet hakimiyyəti Bakının ən hündür zirvəsini də fəth etmişdi. Xalqın Dağüstü parkdan S.Kirovun üzü şəhərə baxan “əzəmətli” heykəlini sökərək qəhramanlarını burda dəfn etməsi müstəqillik yolunda əmin addımlarla irəlilədiyimizin göstrəricisi idi. Həmin gecə sovet tanklarına əliyalın müqavimət göstərərkən həlak olan vətəndaşların cənazələri 22 yanvar şəhərin qanlı küçələrindən keçərək şəhidlik zirvəsinə – Bakının ən hündür yeri olan Dağüstü Parka qədər ucaldı.
Nəticə olaraq baş verənlər bardağı daşıran son damla oldu və milli iradəmizin müqavimətini daha da möhkəmləndirdi, beynəlxalq arenada nüfuzunu itirmiş Sovet ittifaqının süqutunu sürətləndirdi. 20 Yanvar hadisələri də daxil olmaqla 80-ci illərin sonu 90-cı illərin əvvəli Azərbaycanın siyasi epoxasını Cümhuriyyətdən sonra 2-ci milli oyanış adlandırmaq olar. 1991 – ci ildə cümhuriyyətin varisi olaraq 70 ildən sonra müstəqilliyini yenidən bərpa etdi. Artıq 33 ildir ki biz Əlibəy Hüseynzadə ideyası olan üçrəngli bayrağımızın altında hürr yaşayırıq.
20 yanvar hadisələrinin 33-cü il dönümündə Vətən uğrunda, milli məfkurəmiz uğrunda canından keçən bütün vətən övladlarını dərin ehtiram hissi ilə anırıq. Bizləri müstəqillik, zəfər kimi hislərdən mərhum buraxmayan Şəhidlərimizin ruhu qarşısında baş əyiririk!

Nigar Məmmədova

Oxşar xəbərlər

“Soyuq hava və stres bronxial astamanın kəskinləşməsinə səbəb ola bilər”

Aynur Camal

Səudiyyə Ərəbistanında qar sürprizi! Birdən ağ oldu

Aynur Camal

İranın dini lideri Xamneyidən əfv və ya cəzanın azaldılması 3 min 126 məhbus

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu