Yaponiyanın Funabasi şəhərində müəllim sərxoş vəziyyətdə velosiped sürərkən yaxalanıb. Təhsil şurası onu işdən çıxarıb.
Yaponiyanın Funabaşi şəhərində müəllim ictimai restoranda spirtli içki qəbul etdikdən sonra velosipedlə evə getməyə cəhd edib. 36 yaşlı şəxs polis tərəfindən saxlanılıb.
Polisin alkotester müayinəsi zamanı müəllimin qanında spirtin miqdarının qanuni həddən artıq olduğu müəyyən edilib. Müəllim daha sonra prefektura təhsil şurası tərəfindən işdən çıxarılıb.
“2024-cü ilin noyabrında qüvvəyə minən yenidən işlənmiş qanuna əsasən ölkədə sərxoş vəziyyətdə velosiped sürmək cinayətə çevrilib”- deyə məlumatda bildirilir.
Mənbə: Tgrthaber
