11 C
Baku
31 Mart 2026, 20:38
Digər

“Ölkədə icra hakimiyyəti sistemi ləğv olunmalı və yerli özünü idarəetmə sisteminə keçilməlidir”

“Bir neçə ildir ki, icra başçıları həbs edilir. Amma, müsbətə doğru dəyişən bir proses baş vermir. Ölkədə bütün sahələrdə islahatlar lazımdır” deyən siyasi ekspert Məhəmməd Əsədullazadə öz şərhində vurğulayıb ki, bunun üçün ilkin olaraq Konustitusiya dəyişikliyinə gedilməlidir.

Onun sözlərinə görə, Rusiya bağlı “5-ci kolunun” neytrallaşdırlması həyata keçirilir. Bu proses ölkədə fundamental islahatlara yol açmalıdır.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Cənab prezident İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi nizam yaradıb. Regionda qlobal təhlükəsizliyə və siyasi nizama töhfə verəcək proseslər həyata keçirib. Azərbaycan kifayət qədər beynəlxalq müstəvidə mövqeyini gücləndirir. Rusiya və İranın təzyiqləri kifayət qədər neytrallaşdırılıb. Xarici siyasətdə Azərbaycan uğurlu bir siyasət qurub. Artıq, ölkədə sosial və iqtisadi islahatlar keçirilməlidir. Əhalinin bütün sahələrdə rifahı təmin edilməlidir.

Milli Cəbhə Partiyası – MCP

Aynur Camal

Oxşar xəbərlər

Məscidül-Əqsa 32 gündür ibadətə bağlı saxlanılır

Aynur Camal

1918-ci ildə qətlə yetirilən azərbaycanlıların xatirəsi anılır

Aynur Camal

Qəzzalı uşaqların ürəkdağlayan “dəfn oyunu” gündəm oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu