19 C
Baku
28 İyun 2025, 7:27
Baş xəbərDünya

Ölkədəki ən ölümcül ilan məni dişlədi! 16 yaşlı uşaq həyata davam gətirə bilməyib

Avstraliyanın Kvinslend ştatında 16 yaşlı oğlanı ölkənin ən ölümcül ilanı sancıb. Ailəsi onu tapanda uşaq huşunu itirib və həyata tutuna bilməyib. Avstraliyanın Kvinslend ştatında 16 yaşlı Beau Horan ailəsi evdə olarkən bağçada ölkənin ən ölümcül qəhvəyi ilanı tərəfindən dişlənib. Ailə üzvləri Horanı tapanda o, huşunu itirib. Dərhal təcili yardım çağırılsa da, sonra onu ilan sancdığı məlum olub.

Horan tibbi yardım üçün vertolyotla Brisbane aparılıb və həyati dəstək xidmətinə yerləşdirilib. Lakin Horan bütün müdaxilələrə baxmayaraq həyata davam gətirə bilməyib.

”Canlı, mərhəmətli, sevgi dolu” olaraq xarakterizə etdiyi Horanın qəfil ölümü ailəni sarsıdıb.

Digər tərəfdən, Avstraliyada tapılan qəhvəyi ilanlar son dərəcə zəhərlidir və bu ilanlar ölkədəki ölümlərin çoxuna səbəb olur. Ölkədə ilan sancmalarının 41 faizi bu növdən qaynaqlanır. Mütəxəssislər qəhvəyi ilan zəhərinin təsirinin inanılmaz dərəcədə güclü olduğunu, iflic və ya ürək çatışmazlığına səbəb olduğunu bildirirlər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Siz yatarkən belə əzələlərin böyüməsinə kömək edən məhsul hansıdır?

Aynur Camal

“Ermənistanda KTMT-nın təlimləri keçirilməyəcək”

Aynur Camal

İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu