23 C
Baku
27 İyul 2025, 2:51
Baş xəbərSosial

Ölkəmizə bahar gəlib

Bu il ölkəmizə bahar martın 21-i, saat 01:24-də gəlib.

Baharın gəlişi həmişə yaz bərabərliyi gününə təsadüf edir. Mütəxəssislərin sözlərinə görə yaz fəsli 92 gün 17 saat 40 dəqiqə – iyunun 21-dək davam edəcək.

Tarixi boyu Novruz günəş təqviminə görə yazın gəlişi və yeni ilin başlanğıcı bayramı kimi keçirilib.

2009-cu ildən YUNESKO-nun mədəni irs siyahısına daxil edilib və beynəlxalq statusa malikdir. Novruz sözü  “yeni günün bayramı” deməkdir və milli adət-ənənə hesab olunub.

Eyni zamanda bu günə qədər yaşadılan ən qədim bayramlardan biri hesab olunur. Tarixi araşdırmalara görə, bayram rəsmi statusu hələ eramızdan əvvəl 6-4-cü əsrlərdə alıb. Əvvəlcə Əhəmənilər İmperiyasında qeyd olunub, sonra bütün türk xalqları arasında da milli dirçəliş günü yenilənmə, mənəvi və fiziki təmizlənmə rəmzi kimi qeyd olunmağa başlayıb.

Yazın gəlişi və Yerdəki bütün həyatın oyanması ilə ayrılmaz şəkildə bağlıdır.

Aynur Camal

Oxşar xəbərlər

Mingəçevirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü təntənə ilə qeyd olundu

Aynur Camal

Meşə yanğını nəzarət altına alındı

Bugün TV

AQTA istehlakçılara kitabça paylayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu