19 C
Baku
29 İyun 2025, 3:18
Baş xəbərDünya

Ölkəmiz İsveçdə Qurani-Kərimə hücumu pisləyib

Xarici Xəbərlər.

İsveçdə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərim yandırılıb.

Məlumata görə bunu Danimarkanın ifrat sağcı siyasətçisi Rasmus Paluda edib. Onun hərəkəti İslam ölkələri olan 🇦🇿 Azərbaycan, 🇵🇸 Fələstin, 🇵🇰 Pakistan, 🇶🇦 Qətər, 🇮🇶 İraq, 🇸🇦 Səudiyyə Ərəbistanı, 🇮🇷 İran, 🇩🇿 Əlcəzair tərəfindən böyük reaksiya ilə qarşılanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi İsveçdə Qurani-Kərimə hücuma reaksiya verərək pisləyib. Nazirliyin Twitter hesabında paylaşılan yazıda Qurana hücumun nifrət cinayəti olduğu və ifadə azadlığı ilə əlaqələndirilə bilməyəcəyi bildirilib.

Xəbərdə qeyd olunur ki, Danimarka Nazirliyi açıqlama verib: “ölkəmizin bütün xəbərdarlıqlarına baxmayaraq, İsveçdə müqəddəs kitabımız Qurana qarşı edilən alçaq hücumu ən sərt şəkildə qınayırıq. Müsəlmanları hədəf alan bu anti-İslam təxribatçı hərəkətlərin qarşısını almaq üçün bir olmağı tələb edirik. İfadə azadlığı adı altında müqəddəs dəyərlərimizin təhqir olunmasına yol verilməməlidir. Biz bunu heç bir şəkildə qəbul etmirik”.

İsveçin Ankaradakı səfiri Staffan Herrström Xarici İşlər Nazirliyinə çağırılıb və buna icazə verdiyi üçün ən sərt şəkildə qınanıb.

Mənbə: anadolu.agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Narkokuryerdən küllü miqdarda narkotik vasitələr götürüldü – FOTO

Teymur Əziz

Meşə yanğını baş verdi

Bugün TV

Çin transmilli şirkətləri sərmayə qoymağa çağırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu