28 C
Baku
2 İyun 2025, 18:13
Baş xəbərİqtisadiyyat

“Ölkəmizin qeyri-neft ixracatında qardaş Türkiyə ilə Rusiyanın payı arasındakı fərq cüzidir”

Bugun.tv xəbər verir ki, Azərbaycanın qeyri-neft ixracatında qardaş Türkiyə ilə Rusiyanın payı arasındakı fərq azalmaqdadır. Belə ki, bu ilin birinci yarısında ümumi qeyri-neft ixracatının 31.1 faizi Rusiyanın payına düşdüyü halda Türkiyə 28.9 faizə sahib olub.

Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.

“Sözügedən ölkələrin qeyri-neft ixracatında payı arasındakı fərq cüzidir. Bu həmçinin o deməkdir ümumi artım tendensiyasında kordinal dəyişikliklər olmayacağı halda 2023-cü ildə Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər. Bu tərəfdaşlıqda ilk beşliyi Gürcüstan (10,2 faiz), İsveçrə (3,9 faiz) və Qazaxıstan (3,3 faiz) qapayırlar”.

V.Bayramovun sözlərinə görə, bütövlükdə, həmin müddətdə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1 milyard 773 milyon dollara çatıb. Son 3 ildə qeyri-neft ixracatında illik artım tendensiyası qorunub saxlanılıb. Bu il neftdən kənar ixracatın 3.5 milyard dollara yaxınlaşacağı gözlənilir.

“Digər tərəfdən, bu müddətdə ümumi ixracatın həcmi 14 milyard 755 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır”, – millət vəkili əlavə edib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Dənizdə itən 2 tələbənin cəsədi tapıldı

Bugün TV

“Togg”un sedan modeli də istehsal olunacaq

İntizar Əmirova

Ölkəmizdə səfərdə olan Qrossi nələri müzakirə etdi?

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu