Dünyada havanın ən çox çirkli olduğu şəhərlərdən biri olan Taylandın paytaxtı Banqkokda havanın çirklənməsi ilə bağlı həyəcan təbili çalılıb. Səlahiyyətlilər ictimai nəqliyyatın bir həftə pulsuz olacağını açıqlasa da, yüzlərlə məktəb də bağlanıb. Uzun müddətdir hava çirkliliyi ilə mübarizə aparan Taylandda çirklənmə səviyyəsi təhlükəli həddə çatıb. Bunun üzərinə səlahiyyətlilər ictimai sağlamlıq üçün hərəkətə keçdi və paytaxt Banqkokdakı məktəbləri bağladı. İctimai nəqliyyatın pulsuz xidmət göstərəcəyi də açıqlanıb.İsveçrədə yerləşən IQAir hava keyfiyyətinin monitorinqi agentliyinin məlumatına görə, Taylandın paytaxtı Banqkok havanın ən çox çirkli olduğu şəhərlər arasında 7-ci yerdədir. Şəhərdə havanın keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi səviyyədən 21 dəfə yüksək olub.
İCTİMAİ NƏQLİYYAT 1 HƏFTƏ PULSUZ
Hava keyfiyyəti indeksi 159-a yüksəldiyi üçün şəhərdə müxtəlif tədbirlər həyata keçirilib. Taylandın Nəqliyyat Naziri Suriya Juangroongruangkit verdiyi açıqlamada hava çirkliliyini azaltmaq üçün Banqkokda ictimai nəqliyyat xidmətlərinin şənbə günündən etibarən bir həftə müddətində pulsuz olacağını bildirib.
MƏKTƏBLƏR QAPALIDIR
Təhlükəli hava çirkliliyi səbəbindən Banqkok Böyükşəhər İdarəsinə (BMA) tabe olan 31 rayonda 352 məktəbdə təhsil dayandırılıb.
İCTİMAİYYƏTƏ BİR NEÇƏ XƏBƏRDARLIQ
İctimaiyyətə maska taxmaq və açıq fəaliyyətlərdən çəkinmək tövsiyə edilərkən, işçilər və müəssisələr evdən işləməyə çağırılıb.Havanın çirklənmə səviyyəsini göstərən hava keyfiyyəti indeksi dəyərləri 0-50 arası “yaxşı”, 51-100 “orta”, 101-150 “həssas”, 151-200 “sağlam deyil”, 201-300. “pis” kimi və 301-dən 500-ə qədər “təhlükəli” kimi təsnif edilir.
Havanın çirklənmə səviyyəsini göstərən hava keyfiyyəti indeksi dəyərləri 0-50 arası “yaxşı”, 51-100 “orta”, 101-150 “həssas”, 151-200 “sağlam deyil”, 201-300. “pis” kimi və 301-dən 500-ə qədər “təhlükəli” kimi təsnif edilir.
Mənbə: TgrtHaber