32 C
Baku
19 İyul 2025, 14:55
Baş xəbər

Ölkədə ətraf mühiti zibilləyən şəxslər barəsində tədbirlər görüldü 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər görülüb. Nəticədə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənmə halları aşkar edilib.

Ərazinin zibillənmə halları ilə bağlı son 2 gün ərzində 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Ümumilikdə isə Masallıda cari ilin 6 ayı ərzində qeyd edilən hallarla bağlı 133 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Netflix köhnə iPhone-ları dəstəkləməyi dayandırır: Siyahıdakı modellər bunlardır

Aynur Camal

Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib

Aynur Camal

Qanunsuz saxlanılan odlu silahlar təhvil verildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu